Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım
muzeyi — Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının
qorunmasına və soyqırım qurbanlarının xatirəsinin
əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə
əks etdirən nümunə.
Muzey 24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Hərbi
Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyinin
açılışı olmuşdur. Muzey 4 bölmədən: tarix,
deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət
olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində
yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm
sükutunu özündə əks etdirir.
Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi
cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin
kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub[1].
Tarix İnstitutunun və Hərbi Prokurorluğun əməkdaşları "Memorial
Soyqırımı Muzeyi”ndə saxlanılan sənədlər və istintaq
materialları əsasında yeni kitablar hazırlayırlar.