Azərbaycan mətbuatı tarixində
İrəvan ədəbi mühitinin meydana gətirdiyi
bir neçə nəşr orqanının da özünəməxsus yeri olmuşdur.
İrəvanm
ədəbi mühitini uzun illər davamlı şəkildə tədqiq
etmiş, bu sahədə
elmi araşdırmalar aparmış tarixçi alim İsrafil
Məmmədov İrəvanda Azərbaycan
mətbuatı tarixinin 1882-ci ildə "Çələk" qəzetilə
başladığı faktını
aşkar etmişdir. Bu gun həmin qəzetin bir nüsxəsi
belə, maddi dəlil kimi əlimizdə
olmasa da tədqiqatçı apardığı araşdırmalannda "Çələk"in
10 aprel
sayında "kasıb tələbələrə kömək məqsədilə Azərbaycan
türklərinin dilində
"Tamahkarlıq düşmən qazamr" pyesi ikinci dəfə
oynanıldı", xəbərinin yer
aldığım üzə çıxarmışdır. 29 ildən sonra isə İrəvanda
mətbuat adma yalnız
"Ереванский вестник" (1911)
qəzeti meydanda idi. Burada çar hakimiyyətinin
rəsmi xəbərləri ilə yanaşı reklam, elan materiallan
və digər xəbərlər
də yer almışdır. Tədqiqatçı Qulam Məmmədli
adıçəkilən qəzetin 26 iyun
81-ci sayında M.Mirfətullayevin "Molla Nəsrəddin"
jurnalında "Hoş-hoş"
imzası ilə dərc olunmuş şeirin ona məxsus olmadığı
xəbərini aşkar etmişdir.
Q.Məmmədlinin sözümüzə haqq verən bu kiçik
araşdırmasını etibarlı
məxəz hesab etmək olar. Beləliklə, başlanğıcmı XIX
əsrin səksənind illərinin
sonlarından almdığı fikri ortada olsa da İrəvanda
anadilli mətbuat XX
əsrin əwəllərində maddi dəlil olaraq özünün
təsdiqini tapmışdır.
Ötən əsrin ikinci onilliyindən İrəvanda Azərbaycan
dilində "Ləklək"
(1914), "Bürhani-həqiqət", "Cavanlar şurası" (1917),
"Rəncbər" (1922), Kommunist
(1922-1923), "Zəngi" (1924-1927), "Qızü Şəfəq"
(1927-1937), "Kommunist"
(1937-1939), "Sovet Ermənistanı" (1939-1989) kimi
qəzet və jumallar
nəşr olundu. Bunlar ədəbi, siyasi, tarixi, elmi və
fənni olmaqla, İrəvanın
mədəni, ictimai-sosial həyatında baş vermiş
hadisələrin işıqlandırılmasında
böyük əhəmiyyət kəsb etdilər.
Təəssüf ki, qədim dövrlərdən üzü bəri, eləcə də XIX
əsrin sonu, XX əsrin
əvvəllərindən başlayaraq İrəvanın ədəbi mühiti,
mədəniyyəti, maddi-
mənəvi dəyərləri, mətbuatı, orada fəaliyyət göstərən
görkəmli maarifçi,
üləma şəxsiyyətləri barədə bu gün yetərincə məlumat
toplamaq, onların
hər birindən əhatəli şəkildə bəhs etmək mümkün deyil.
Belə ki, soydaşlarımızın
dədə-baba torpaqlarından mərhələ-mərhələ, nəticədə
son nəfərinə
qədər qovulması, erməni işğalçılarının bizimlə
apardığı ədalətsiz müharibə
üzündən bu illər Oğuz yurdumuzun bir parçası olan
İrəvanda yaşam
tariximizlə bağlı arxiv sənədlərini (əgər məhv
edilməmişdirsə!) aşkara çıxarıb tədqiq etməkdə
çətinliklər yaranır. Bu gün Qərbi Azərbaycanda
ədəbiyyatımızın, mətbuat və mədəniyyətimizin tədqiqi
ilə bağlı
1 səhifədən, hətta bir cümlədən ibarət məlumatın da
üzə çıxarılması, araşdırılması
qədim Oğuz yurdumuzda yaşam tariximizin kökünün nə
qədər
dərinlərdə olmasını təsdiqləyən hüquqi sənəd gücünə
malikdir.
|