Əvvəllər Bakıda Şuşa Şəhər
İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai
Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə
verildikdən sonra təmir edilib və zəruri
avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280
kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı,
iclas və konfrans zalları, habelə müxtəlif yardımçı
otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin,
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini,
habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar
barədə məlumatları əks etdirən fotostendlər, Qərbi
Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv
xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin
Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən
videomateriallar nümayiş olunur. Binada, həmçinin
Qərbi Azərbaycandan olan elm adamlarının və
ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik
əsərləri sərgilənir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev
Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə
görüşdü.. Görüşdə Prezident İlham Əliyev və bir sıra
ziyalıların çıxışları oldu:
|